Radikallığı təbliğ edən 40 adda dini kitab ölkəyə buraxılmadı

25-07-2016, 17:39
Oxunub: 423
"Radikalizmə qarşı mübarizədə maarifləndirici xarakterli 9 adda kitab nəşrə hazırlanıb”


30 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 40 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanov 6 ayın yekunları ilə bağlı bu gün komitədə keçirilən iclasda bildirib.

Komitə sədri deyib ki, Azərbaycanda dini radikalizmlə mübarizə, qeyri-qanuni ibadət yerlərinin fəaliyyətinin dayandırılması, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən, eləcə də ölkəyə qeyri-qanuni idxal edilmiş dini təyinatlı ədəbiyyat və məmulatların satışının qarşısının alınması istiqamətində tədbirlər görülüb. Ölkəyə qeyri-qanuni idxal olunmuş və ya respublika ərazisində istehsal edilən, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən ədəbiyyat və məmulatların satışının qarşısının alınması məqsədilə də reydlər aparılıb. “26 dini qurum dövlət qeydiyyatına alınıb və beləliklə, qeydiyyata alınmış dini qurumların ümumi sayı 707-ə çatıb. 6 ay ərzində milli-mənəvi dəyərlərimizin təbliği, radikalizmə qarşı mübarizədə maarifləndirici xarakterli 9 adda kitab nəşrə hazırlanıb”, - deyə M.Qurbanlı məlumat verib.

Dövlət Komitəsi ilə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə tədbirlər planı imzalanıb. Ölkənin bütün bölgələrini əhatə edən 121 dini icmaya maliyyə vəsaiti ayrılıb. Həmin dini icmaların layihələri çərçivəsində keçirilən və ümumilikdə sayı 370-ə çatan tədbirlərdə 30 minə yaxın insanın iştirakı təmin olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti