Hökumət nazirliyin kollegiyasının tərkibini təsdiqlədi - SİYAHI

22-07-2016, 14:26
Oxunub: 958
Bununla bağlı qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.


Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiqləyib.

Bununla bağlı qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.

Sənədə əsasən, nazirliyin kollegiyasının üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib.

Kollegiyanın sədri

Quluzadə Ramin Namiq oğlu (rabitə və yüksək texnologiyalar naziri)

Kollegiyanın üzvləri:

Abdullayev Əli İzzət oğlu (rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini)

Məmmədov İltimas Əhməd oğlu (rabitə və yüksək texnologiyalar nazirinin müavini)

Vəlizadə Elmir Tofiq oğlu (rabitə və yüksək texnologiyalar nazirinin müavini)

Məmmədov Rövşən Həmid oğlu (Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri)

Məmmədov Tahir Nadir oğlu (Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri)

Əsədov Elnar Tahir oğlu (Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru).

Bu qərar iulun 19-dan qüvvəyə minib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti