Bütün məscidlərdə Türkiyədə şəhid olanlar anılacaq - Şeyx göstəriş verdi

22-07-2016, 14:07
Oxunub: 604
Cümə namazından sonra qaibanə cənazə namazı qılınacaq


Azərbaycanın bütün məscidlərində Türkiyə şəhidlərinin xatirəsi anılacaq.

Bu barədə virtualaz.org saytına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin göstərişinə əsasən, Azərbaycanın bütün məscidlərində qardaş Türkiyədə 15-16 iyul tarixlərində baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ruhuna dualar oxunacaq, cümə namazından sonra qaibanə cənazə namazı qılınacaq.

Xatırladaq ki, şeyxülislam Allahşükür Paşazadə və DQİDK sədri Mübariz Qurbanlı ölkədə dini maarifləndirmə və milli-mənəvi, eləcə də xalqımızın multikultural dəyərlərinin təbliği çərçivəsində Zaqatala-Şəki bölgəsində səfərdədirlər. Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəki Cümə məscidində cümə namazında iştirak edəcəklər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti