Orenburqda Azərbaycan vətəndaşına hökm oxunub

21-07-2016, 13:23
Oxunub: 237
Dindirmə zamanı M.Cəlilov cinayəti etiraf edib və hadisənin baş verdiyi yeri göstərib


Orenburq rayon məhkəməsində 23 yaşlı Azərbaycan vətəndaşı Muradxan Cəlilov barəsində hökm oxunub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, M.Cəlilov türkiyəli mühəndis Altana Göngörün qətlində təqsirkar bilinib.

Şübhəli şəxs Həştərxanda saxlanılıb və Orenburqa göndərilib. Dindirmə zamanı M.Cəlilov cinayəti etiraf edib və hadisənin baş verdiyi yeri göstərib.

Qeyd edək ki, iki nəfər arasında yaranmış mübahisə nəticəsində M.Cəlilov A.Güngörə çoxsaylı bıçaq zərbələri endirib. Bundan sonra Azərbaycan vətəndaşı meyiti basdıraraq hadisə yerindən, ümumiyyətlə, Orenburq vilayətindən uzaqlaşıb.

Məhkəmənin hökmünə əsasən, M.Cəlilov cəzasını ciddi rejimli islah müəssisəsində çəkməklə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti