Çovdarov müttəhimlər kürsüsünə göndərildi

20-07-2016, 11:02
Oxunub: 226
Mayor Akif Əliyev və şöbə rəisi Orxan Osmanovun işi yaxın günlərdə məhkəməyə göndəriləcək.


Bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər 3 MTN əməkdaşının barəsindəki ibtidai istintaq yekunlaşıb.

Virtualaz.org saytına bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

A.Çovdarovla yanaşı, MTN polkovniki Səlim Məmmədov, mayor Akif Əliyev və şöbə rəisi Orxan Osmanovun işi yaxın günlərdə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, A.Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirli bilinir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti