Azərbaycan neftinin qiyməti 49 dollardan aşağı düşdü

19-07-2016, 11:34
Oxunub: 508
“Brent” markalı neftin bir barrelinin qiyməti 0,93 dollar azalaraq 46,83 dollar olub.


Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,82 dollar ucuzlaşaraq 45,13 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,93 dollar azalaraq 46,83 dollar olub.

Azərbaycan nefti də ucuzlaşıb. Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,88 dollar və ya 1,79% ucuzlaşaraq 48,30 dollar təşkil edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti