Daha bir ölkədə vəziyyət gərginləşdi - Polis idarəsinə hücum, ölənlər var

18-07-2016, 11:38
Oxunub: 209
Nəticədə 2 polis əməkdaşı öldürülüb


Qazaxıstanın paytaxtı Almatıda Milli təhlükəsizlik komitəsi binasına və polis idarəsinə silahlı hücum təşkil edilib.

AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib. Məlumata görə, bir neçə nəfər naməlum şəxs güc strukturunun əməkdaşlarına atəş açıb. Nəticədə 2 polis əməkdaşı öldürülüb. Hücum edənlərdən birinin saxlanıldığı deyilir.

Terror aktı ilə əlaqədar Almatıda antiterror əməliyyatı elan olunub, sakinlərə küçəyə çıxmamaq tövsiyə edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti