"Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən qüvvələr var"

15-07-2016, 14:39
Oxunub: 192
"Bu onu göstərir ki, danışıqları intensivləşdirmək lazımdır"


"Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən qüvvələr var və onlar belə addımlar atır".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın təxribatı nəticəsində azərbaycanlı zabitin şəhid olmasını şərh edərkən deyib.

Azərbaycan XİN başçısı Silahlı Qüvvələrinin hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar başsağlığı verib.

"Bu onu göstərir ki, danışıqları intensivləşdirmək lazımdır", - deyə o bildirib.

Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mümkün təsirini şərh edən E.Məmmədyarov deyib: "Türkiyə və Rusiya regionun iki böyük dövlətidir. Rusiya xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda etdiyi səfər zamanı qeyd edib ki, regionda nə qədər yaxşı əlaqələr yaratsaq, bu, hamımız üçün bir o qədər yaxşı olar. Biz Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasını alqışlayırıq. Bu amil münaqişənin həlli məsələsinə yardım edəcək".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti