Azərbaycan əhalisinin sayı açıqlandı

14-07-2016, 11:37
Oxunub: 326
Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.


Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, bu ilin iyun ayının 1-də ölkə əhalisinin sayı 41,8 min nəfər və ya 0,4 faiz artaraq 9747,4 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti