Xətai rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq

8-07-2016, 11:42
Oxunub: 424
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Xətai rayonunda içməli suyun verilməsində bu gün məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir.

Bildirilir ki, Bakı şəhəri Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi ilə əlaqədar 8 iyulda gün ərzində Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti