Orxan Nəbiyev: "Özümü İsa peyğəmbər ilə müqayisə edirdim" 

7-07-2016, 11:47
Oxunub: 3136
Dostoyevskidən son oxuduğum kitab "Yeraltından Məktublar"da olan qəhrəmanla mən özümü çox müqayisə edirdim.


Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.

Etatist.com Kitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.

Bu dəfəki müsahibimiz Dalğa Gәnclәr Hәrәkatının keçmiş sәdri Orxan Nәbiyevdir. Etatist.com Orxan Nəbiyevin müsahibəsində oxucular üçün maraqlı gələcək bəzi hissələri ixtisarla təqdim edir:

- Orxan Nəbiyev oxumağa nə vaxt başlayıb? İlk kitabınızı xatırlayırsınız?
- Orxan Nəbiyev oxumağa 3 dəfə başlayıb. 3 fərqli-fərqli dövrdə. Təbii ki, ilk dəfə oxumağa başladım uşaqlıq dövründə (məktəb vaxtında). Bu sadəcə oxumaq idi, mənim o vaxt oxuduqlarım indiyə kimi yadımda qalmayıb. Nağıllardan başladım, miflər, əsatirlər, sinifdən xaric oxular. Mənim yaxşı yadıma gəlir ilk oxuduğum kitab - Cek Londonun "Bəyaz diş" kitabı idi. Mark Tvenin "Haklberri Fin və Tom Soyerin macəraları" idi. Bundan sonra da nağıllar kitabı və s. Amma bu kitabların mənim həyatımda elə də böyük təsiri olmayıb. Mən ikinci dəfə oxumağa başlayanda oxuduğum kitab həyatıma təsir göstərməyə başladı. Bu, universitet illərində oldu. Universitet illərində mən siyasi, ictimai, iqtisadi, mədəni fikirlərimi konkretləşdirmək üçün kitab oxumağa başladım. Bu kitablar ideoloji, elmi əsərlər, klassiklər idi. Sistematik mütaliə deyil idi, sadəcə bu gün cəmiyyətdə hansı kitab oxunur, o kitabı oxuyurdum. Bunun da təsiri görünür daha az oldu. Təsiri oldu təbii ki, amma məncə doğru oxunuş qaydası deyil. Üçüncü dəfə başladım kitab oxumağa sıfırdan. Dünyanın bu günə gəlib çıxma dövrünə qədər yazılmış ən böyük kitablar. Yəni bu gün sivilizasiyanın formalaşmasına hansı fikirlər təsir göstəribsə, dünya incilərinə hansılar daxildirsə, mən onları bir-bir oxumağa başladım. Üçüncü dəfə sistematik oxuyanda ilk oxuduğum kitab Homerin "İliada"sı olub. 

- Bu kitab sizdə nə təəsurat oyatdı?
- Siz təsəvvür edin, bu kitabın 3 min ilə yaxın yaşı var. Xüsusən Odissey hissəsi məndə çox böyük fərdi inkişaf modelinin formalaşmasına gətirib çıxardı. Yəni, bir insan, (Odissey) şöhrətpərəst, ağıllı bir döyüşçü qalib olduqdan sonra 20 ilə yaxın bir müddət evinə qayıtmaq üçün çalışır. Qarşısına çox sədlər çıxır. Onun ölməyə hazır olduğu bir dəyər var - onun vətəni, onun ailəsi. O vətəninə və ailəsinə qayıtmaq üçün dəridən-qabıqdan çıxır, 20 il səyahət edir. Mən deyərdim ki, hər bir insanın həyatında Odissey var. Məncə, Homer bunu belə vurğulamaq istəyirdi. İnsan yeniyetməlik, gənc ekstremist dövründən başlayır səyahətə çıxır. Axırda gəlib o nöqtəyə çıxır ki, onun axtardığı xoşbəxtlik çox da uzaqda deyil, onun vətənində, onun ailəsindədir. 

- Belə bir fikir var ki, insanlar oxuduqları qəhrəmanlarla ya zidd olurlar, ya da özlərini orda görürlər. Sənin özünü hansısa əsərin qəhrəmanı ilə müqayisə etməyin və ya xoşuna gələn qəhrəman yadına gəlir?
- Mən hər zaman kitab oxuyanda özümü qəhrəmanla müqayisə edirəm. 

- Kim gəlir ağlına, məsələn?
- Məsələn, mən xaricdə oxuduğum dövrdə özümü Odissey ilə müqayisə edirdim. Və yaxud hər hansı çətinlik, ədalətsizlik gördüyüm müddətdə dünyanın ikinci ən böyük kitabı (bəlkə də birinci deyərdim) Əhdi-Ətiq və Əhdi-Cədid kitabında ingilis dilində bir yer var: "Sən İsanın yerində olsaydın nə edərdin?" İsa ilə müqayisə eləmək olar. Üçüncü, Dostoyevskidə Knyaz Mışkin obrazı var, mənim ən sevdiyim qəhrəmanlardan biridir. Dostoyevskidən son oxuduğum kitab "Yeraltından Məktublar"da olan qəhrəmanla mən özümü çox müqayisə edirdim. 

- Teodor Ruzvelt deyirdi ki, oxuduğun hər şeyin parçasısan. Razısan bu fikirlə? 

Ardı videoda...

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti