Bakıda bayram namazı qılınıb

6-07-2016, 10:49
Oxunub: 583
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazına Təzəpir məscidində qatılıb.


Müqəddəs Ramazan bayramı münasibətilə iyulun 6-da Bakıda bayram namazı qılınıb.

Bayram namazının qılınmasına Əjdərbəy məscidində saat 8.00-da, Təzəpir məscidində isə saat 9.00-da başlanılıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazına Təzəpir məscidində qatılıb.

Dünyanın bir sıra ölkələrində müsəlmanlar bayram namazını iyulun 5-də qılıblar. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda isə bayram namazı bu gün qılınıb. Bayram namazı təzə Ayın görünməsi ilə əlaqədar təyin olunur. (AzərTAc)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti