Putin müsəlmanları təbrik etdi

5-07-2016, 11:10
Oxunub: 479
Bayram tədbiri sakit şəkildə heç bir insident yaşanmadan başa çatıb.


Rusiyanın paytaxtı Moskvada minlərlə müsəlman Ramazan bayramı ilə əlaqədar küçələrə çıxıb.

Bayram ənənəsinə uyğun olaraq müsəlmanlar məscidlərdə bayaram namazı qılıblar.

Paytaxt küçələrinə toplaşan müsəlmanların təhlükəsizliyini təmin etmək üçün polis əməkdaşları əraziyə cəlb olunub. Artıq Rusiya Müftilər Şurasının (RMŞ) başçısı Ravil Qaynutdin bayram münasibətilə müsəlmanları təbrik edib və birgə bayram namazı qılınıb. Bayram tədbiri sakit şəkildə heç bir insident yaşanmadan başa çatıb.

Məlumata görə, Moskva məscidində bayram namazında 60 mindən çox insan iştirak edib. Müsəlmanlar həm məscidin daxilində, həm də həyətində toplaşıblar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti