Varşavada NATO sammiti: 18 prezidenti 6 min polis qoruyacaq

4-07-2016, 18:37
Oxunub: 276
Sammitdə həmçinin 21 hökümət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə nazirinin iştirakı gözlənilir.


Varşavada iyulun 8-9-na təyin edilmış NATO-nun sammitində 18 prezident iştirak edəcək.

Bu barədə Trend Polşanın PAP agentliyinə istinadən xəbər verir.

Sammitdə həmçinin 21 hökümət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə nazirinin iştirakı gözlənilir.

Ümumiyyətlə, sammitdə 2103 iştirakçı qeydiyyatdan keçib. 28 NATO üzvünü və tərəfdaş ölkələri 65 nümayəndə heyəti təmsil edəcək.

Beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə onlar Varşavanın Milli stadionunda yığışacaqlar. Konfrans stadionun ortasında quraşdırılmış çadırda keçiriləcək.

Sammitin işini 2 min jurnalist işıqlandıracaq. Təhlükəsizlik məsələlərinə 6 min polis cəlb olunacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti