Gənc rejissor yeni filmini təqdim etdi - Video

4-07-2016, 14:58
Oxunub: 3751
"Bu film mənim yaşadığım 21 ilin yekunu və yeni etapın başlanğıcıdır"


Gənc rejissor Fidan Cəfərova fotoqraf Taleh Valehovla birlikdə çəkdiyi yeni qısa metrajlı filmini təqdim edib.

Etatist.com xəbər verir ki, film F.Cəfərova haqqındadır.

""Fidan Jafarova Film Portret" bir növ mənim yaşadığım 21 ilin yekunu və yeni etapın başlanğıcıdır",- deyə gənc rejissor bildirib.

Film rus dilində səsləndirilib. F.Cəfərova bunun səbəbini açıqlayarkən qeyd edib ki, düşüncə dili rus dili olduğuna görə filmin rus dilində səsləndirilməsini istəyib:

"Film özüm haqqındadır, bu mənim dünyamdır və düşüncə dilim rus dilidir. Heç kimə rusçuluğu təbliğ eləmirəm, özümü olduğum kimi ifadə etdim".

Qeyd edək ki, Fidan Cəfərova həm də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisasıdır.

Etatist.com sözügedən filmi təqdim edir:
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti