Amerikanın tanınmış rejissoru vəfat edib

4-07-2016, 11:18
Oxunub: 430
"Maral ovçusu" filmi 5 dəfə "Oskar" mükafatına layiq görülüb


Amerikalı rejissor, "Oskar" mükafatı laureatı Maykl Çimino vəfat edib.

Report xəbər verir ki, rejissor 78 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, M.Çimino 1939-cu ildə Nyu-Yorkda anadan olub. Onun çəkdiyi filmlər 70-80-ci illərin ən yaxşı Amerika filmləri siyahısına daxil edilib. M.Çiminonun adı F.Koppola, Miloş Forman, Martin Skorseze və Stiven Spilberqlə bir sırada çəkilir.

Onun Vyetnam müharibəsindən bəhs edən "Maral ovçusu" filmi 5 dəfə "Oskar" mükafatına layiq görülüb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti