​“Maşın bazarı”nda baş verən yanğın zamanı beş nəfər zəhərlənib

1-07-2016, 15:37
Oxunub: 418
İyunun 30-da “Maşın bazarı”nda baş verən yanğın nəticəsində bir neçə mağaza yanıb.


Bakı şəhərində yerləşən “Maşın bazarı”nda baş verən yanğın zamanı beş nəfər zəhərlənib.

“Report”un xəbərinə görə, zəhərlənənlər Bakı şəhər sakinləri Əlzamin Rustəmov, Əhməd Xəlilov, Seymur Novruzov, Azər Xəlilov və Rafael Novruzovdur.

Onlar tüstü zəhərlənməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində yardım aldıqdan sonra evə buraxılıblar.

Xatırladaq ki, iyunun 30-da “Maşın bazarı”nda baş verən yanğın nəticəsində bir neçə mağaza yanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti