Qərar elan olundu: vəsatətlər təmin edilmədi

30-06-2016, 14:58
Oxunub: 342
Dövlət ittihamçısı Fərid Nağıyev isə çıxışında vəsatətlərin təmin olunmamasını istəyib.


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Pakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə müşavirədən qayıdan hakimlər kollegiyası qərarı elan edib. Qərara əsasən, vəsatətlər təmin edilməyib. Məhkəmənin baxış iclası iyulun 11-nə təyin olunub.

Xatırladaq ki, ötən məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkillər cinayət işinə xitam verilməsi, işin ibtidai istintaqa qaytarılması, təqsirləndirilən şəxslərin azadlığa buraxılmaları barədə vəsatətlər veriblər.

*   *   *

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxslər ötən məhkəmə iclasında vəkillər tərəfindən qaldırılan vəsatətlərə münasibət bildiriblər.

Həmin şəxslər hüquqlarını müdafiə edən şəxslərin məhkəməyə təqdim etdikləri vəsatətləri müdafiə ediblər. Zərərçəkmiş şəxslər - Tofiq Mustafayev, İdris Xəlilov və Heyvagül Əfəndiyeva da təqsirləndirilən şəxslərin vəkillərinin vəsatətlərinə mövqe bildiriblər. Həmin şəxslər də vəkillərin çıxışı ilə razı olduqlarını deyiblər.

Dövlət ittihamçısı Fərid Nağıyev isə çıxışında vəsatətlərin təmin olunmamasını istəyib.

Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Məhkəmə qərarı günün ikinci yarısında elan olunacaq.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. (Virtualaz)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti