III Beynəlxalq Muğam Müsabiqəsi başa çatıb

19-03-2013, 12:22
Oxunub: 2071


Azərbaycanda keçirilən "Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində III Beynəlxalq Muğam Müsabiqəsi başa çatıb.
 
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqənin qapanışı Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilib.
 
İnstrumental muğam ifaçılığı üzrə müsabiqənin qaliblərini Azərbaycanın xalq artisti, Səyavuş Kəriminin sədrliyi ilə əməkdar incəsənət xadimi Nazim Kazımov, xalq artisti Ağasəlim Abdullayev, Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine, ABŞ-dan Cefri Verbokdan ibarət münsiflər heyəti seçib.
 
Qaliblərin adları və hansı pillələrdə qərarlaşması bu gün keçiriləcək qala-konsertdə açıqlanacaq.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti