ATƏT sədri Azərbaycana gəlir

27-06-2016, 13:13
Oxunub: 464
Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində ATƏT sədrinin Gürcüstana səfəri də nəzərdə tutulur.


ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri FrankValter Ştaynmayer iyunun 30-da Azərbaycana səfər edəcək.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, həmin gün o, rəsmi görüşlər keçirəcək.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan-ATƏT əməkdaşlığı əsas müzakirə mövzusu olacaq.

Bundan əvvəl isə o, Ermənistanda səfərdə olacaq. Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində ATƏT sədrinin Gürcüstana səfəri də nəzərdə tutulur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti