Azərbaycana gələn turistlərin əksəriyyəti iranlılardır

27-06-2016, 12:32
Oxunub: 568
Son aylar ölkəyə gələnlərin sayında artım müşahidə edilir.


Bu ilin 5 ayında İrandan Azərbaycana 74890 turist gəlib.

Bu barədə virtualaz.org saytına Mədəniyyət və Turizm Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, son aylar ölkəyə gələnlərin sayında artım müşahidə edilir. Elektron vizanın tətbiqi, devalvasiyadan sonra xarici valyuta ekvivalentində qiymətlərin ucuzlaşması İrandan gələnlərin sayına təsir edib.

Qeyd edək ki, ötən ilin ilk 5 ayında İrandan Azərbaycana 61 096 turist gəlib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti