Britaniyanın yeni baş naziri kim olacaq?

24-06-2016, 18:15
Oxunub: 393
Lakin gələcək baş nazir bu gün ictimaiyyət qarşısına heç də arzuolunan şəkildə çıxmayıb


Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əsas təşəbbüskarı, Londonun keçmiş meri, Konservantlar Partiyasından olan siyasətçi Boris Conson Devid Kemeronun istefasından sonra bu posta əsas namizəddir.

CNN xəbər verir ki, Britaniya referendumunun nəticələri həm onun, həm də Kemeronun karyerasında yeni mərhələnin başlanğıcı oldu.

Lakin gələcək baş nazir bu gün ictimaiyyət qarşısına heç də arzuolunan şəkildə çıxmayıb. Böyük qələbəsindən sonra mətbuat üçün heç bir açıqlama vermək istəməyən B.Conson evinin qarşısına toplanmış jurnalistlərə məhəl qoymadan avtomobilinə oturub və uzaqlaşıb.

Maraqlı məqam budur ki, Devid Kemeron istefa verəcəyini açıqlamadan öncə, dünən axşam referendumun nəticəsindən asılı olmayaraq onun istefa verməməsini xahiş edən 80 konservant avroseptik deputat arasında B.Conson da olub.(milli.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti