Avropa İttifaqı Böyük Britaniyanı təşkilatı tez tərk etməyə çağırdı

24-06-2016, 15:54
Oxunub: 353
Bəyanata əsasən, Aİ Britaniyanın qərarı ilə bağlı eyni mövqedən çıxış edir.


"Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması haqqındada tezliklə ərizə təqdim edəcəyini gözləyirik".

TASS xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-klod Yunker, Avropa Şurasının sədri Donald Tusk, Avropa parlamentinin sədri Martin Şults və Aİ-yə sədrlik edən Niderlandın baş naziri Mark Ryüttenin birgə bəyanatında vurğulanıb.

Bəyanata əsasən, Aİ Britaniyanın qərarı ilə bağlı eyni mövqedən çıxış edir.

"Brexit" Avropa İttifaqının sonunun başlanğıcı deyil. Britaniya gələcəkdə də Aİ-nin yaxın tərəfdaşı olacaq", - deyə Jan-Klod Yunker söyləyib.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.("Report")
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti