Bakıda iş adamı faciəvi şəkildə öldü

19-03-2013, 10:52
Oxunub: 3873


Martın 18-də Bakı şəhərinin Səbail rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salyan şosesi 32 ünvanında yerləşən daş karxanasında, həmin obyektin sahibi 1963-cü il təvəllüdlü Həmidov Səfa Sənan oğlunun üstünə daş düşüb. İri və ağır mişar daşının altında qalmış iş adamı hadisə yerindəcə keçinib.

Faktla əlaqədar araşdırmalar aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti