AŞPA həmməruzəçiləri İlqar Məmmədovla görüşüblə

17-06-2016, 17:58
Oxunub: 427
Bu barədə Stefan Şennak özünün “twitter” hesabında qeyd edib.


AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşüb.

APA-nın məlumatına görə, bu barədə Stefan Şennak özünün “twitter” hesabında qeyd edib.

Xatırladaq ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri iyunun 15-dən Azərbaycanda səfərdədirlər. Səfər müddətində onlar Azərbaycan prezidenti İlham Əliyev, digər rəsmi şəxslər, vətəndaş cəmiyyəti üzvləri, media ilə görüşlər keçiriblər. Onlar sabah 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək təkrar seçkiləri müşahidə edəcəklər. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti