Baş Prokurorluq: Amnistiya aktı bu gün 350 məhbusa şamil olunacaq

15-06-2016, 15:37
Oxunub: 525
Bu gün amnistiya aktının şamil olunacağı 350 nəfərdən 9-u qadındır.


Amnistiya aktı bu gün ərzində 350 məhbusa şamil ediləcək.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Onlardan 216-sı Bakı şəhəri, 134-ü isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad ediləcək.

Bu gün amnistiya aktının şamil olunacağı 350 nəfərdən 9-u qadındır.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında amnistiya aktı qəbul edilib.

Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

İyunun 15-dən etibarən amnistiya aktının icrasına başlanılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti