Şoyqu bu dəfə də Ermənistanla strateji əməkdaşlıqdan danışdı

15-06-2016, 13:33
Oxunub: 378
Bundan az öncə Şoyqu Azərbaycanla strateji əməkdaşlıqdan danışmışdı.


Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Seyran Ohanyanla görüşdə bildirib ki, ölkəsi Ermənistanla strateji əməkdaşlığı dəstəkləməyi planlaşdırır.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, Şoyqu görüşdə deyib: “Biz bundan sonra da strateji əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”.

O xatırladıb ki, ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığı dəstəkləyən və tənzimləyən 50-dən çox müqavilə və saziş var.

Bundan az öncə Şoyqu Azərbaycanla strateji əməkdaşlıqdan danışmışdı.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti