Zakir Həsənov Moskvada rusiyalı həmkarı ilə görüşdü

15-06-2016, 12:31
Oxunub: 495
Z. Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək dəyərləndirib.


Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.

Görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib.

Azərbaycanlı həmkarı ilə görüşdən şad olduğunu söyləyən S. Şoyqu bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.

Z. Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək dəyərləndirib.

O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib. (APA.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti