Mikayıl Cabbarov: “Son zəng” yalnız məktəblərin ərazisində keçirilməlidir

13-06-2016, 11:17
Oxunub: 465
Əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunacaq.


Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda “Son zəng” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd respublikanın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirinin mütəşəkkil keçirilməsini təmin etməkdir.

Əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunacaq.

Əmrdə qeyd olunur ki, “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilməlidir.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri aparıb, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub. (“Report”)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti