​Rusiya Bankı uçot dərəcəsini azaldıb

10-06-2016, 15:29
Oxunub: 528
Rusiya Bankı son 6 iclasda uçot dərəcəsini dəyişdirməyərək sabit saxlayıb.


Rusiya Bankı (Mərkəzi Bank) bu gün uçot dərəcəsini 0,5% azaldaraq 10,5%-ə endirib.

Rusiya Bankı son 6 iclasda uçot dərəcəsini dəyişdirməyərək sabit saxlayıb. 

Qeyd edək ki, uçot dərəcəsi 2015-ci il iyulun 31-dən indiyədək 11% olub. Bankın uçot dərəcəsini neft qiymətlərinin kəskin azalması nəticəsində üzləşdiyi maliyyə problemləri fonunda 2014-cü il dekabrın 16-da 10,5%-dən 17%-ə yüksəltdiyi bildirilir. 

Mərkəzi bankın növbəti iclası iyulun 29-na təyin olunub. Rusiya Bankı uçot dərəcəsinii azaldılmasını əsasən inflyasiyanın yavaşlaması ilə izah edib. Qurum kommersiya banklarının likvidlik ehtiyacının azalmasına baxmayaraq, bundan sonra da nisbətən sərt pul-kredit siyasəti həyata keçiriləcəyini qeyd edib. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti