"Respublika Xatirə Kitabı"nın tabeçiliyi dəyişdirildi

9-06-2016, 17:37
Oxunub: 459
Bu qərar Azərbaycan Milli Elmlər Akademiyasının təklifi nəzərə qəbul edilib.


"Respublika Xatirə Kitabı" Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb.

Bu qərar Azərbaycan Milli Elmlər Akademiyasının təklifi nəzərə qəbul edilib.

Qərara əsasən, "Respublika Xatirə Kitabı" Redaksiyasının 2016-cı ildə fəaliyyətini davam etdirməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Elm" köməkçi bölməsinin müvafiq paraqrafında Azərbaycan Milli Elmlər Akademiyası üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin ediləcək.

Maliyyə Nazirliyi 2017-ci ildən başlayaraq, "Respublika Xatirə Kitabı" Redaksiyasının fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin proqnozlaşdırılmasını təmin edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti