Kitab satıcısı: "Yaşlı nəsil çox passividir" - Müsahibə

9-06-2016, 13:13
Oxunub: 6761
"Kitab oxuyan hər bir gənc sağlam gələcək deməkdir"


Kitabıstan komandası yeni layihəyə start verib. Belə ki, yazarlar, ictimai simalardan alınan video-müsahibələrlə yanaşı, həm də kitabxanalar və kitab satıcıları ilə reportajlara və müsahibələrə başlanılıb.

Məqsədi ölkədə kitab təbliğatı və oxunması vacib olan kitabların tərcüməsi ilə məşğul olmaq olan Kitabıstanın bu layihədə ilk müsahibi "Charles`in Kitabxanası"nın qurucularından olan İsmayıl Rizvanoğludur.

Qeyd edək ki, kitabxananın digər qurucusu Ruslan Səlimdir.

Etatist.com həmin müsahibəni təqdim edir:

- İsmayıl bəy, Kitabıstan haqqında nə düşünürsünüz?
- Bələ bir təşəbbüsün olması uğurludur. Kitabsevər  bir mühitin yaranması, insanların kitaba olan marağının artırılması, böyük bir addımdır. Amma bir şey deyim. Nicat Həşimzadə Kitabıstana gəlməzdən öncə də səhifəni izləyirdim. Nicatın gəlişindən sonra Kitabıstanın fəaliyyəti daha da genişlənib. Dostum olduğuna görə demirəm. Qeyri-səmimi danışmağı heç zaman xoşlamamışam. Son zamanlar müşahidə etdikcə əmin oluram ki, əməli fəaliyyətə keçib Kitabıstan. Virtual fəaliyyətlə yox, konkret olaraq müzakirələrin, görüşlərin, seminarların, kitab çapının həyata keçirilməsi ilə məşğul olurlar. “Bəyaz zanbaqlar ölkəsində” kitabının nəşr olunması böyük bir addım oldu və  qısa müddət ərzində kitabın bu qədər ajotaj yaratması  diqqətimi cəlb etdi.

- Kitab satışınız necə gedir?
- Charlesin kitabxanasında  ümumiyyətlə  may ayından  bu günə qədər keçən vaxtı nəzərə alsaq kitab satışı çox zəifdir. Kitaba olan maraq və tələbat çox aşağıdır. İmtahan ərəfəsi olduğuna görə satış zəifləyib. Həm də oxucu kütləsinın az olması ilə  bərabər insanların sosial problemləri də artıb.

- Yaşlı nəsil daha çox kitab alır yoxsa gənc nəsil?
- Bizim mağazaya bir ya iki müştəri gəlib yaşlı nəsildən. Onlara da tam yaşlı nəsil deməzdim. Maksimum 41-42 yaşları olar. Yaşlı nəsil çox passivdir. Gənclər daha çox maraq göstərirlər.

Kitab satıcısı: "Yaşlı nəsil çox passividir" - Müsahibə

- Məşhurlardan kitab alan olub sizin mağazanızdan?
- Kənan Hacı gəlmişdi mağazamızın açılış mərasiminə. Nicat Həşimzadə, Murad Ramazanov, Ruğu Rügzo, Sərxan Əziz tez-tez mağazamızda olur, oxuculara kitablar məsləhət görürlər. Ədəbi söhbətlər edirlər, bəzən müzakirələr qızışır, daha maraqlı olur.

- Tələbələr üçün endirimlər olurmu?
- Bizdə hər zaman endirimlər var və həmişə olacaq. Endirimlərimiz müştəriləri hər zaman qane edib. Çalışırıq ki, hər bir vətəndaşımız kitab oxusun. Kitab oxuyan hər bir gənc sağlam gələcək deməkdir. 

- İsmayıl Rizvanoğlu özünü Kitabıstan vətəndaşı hesab edirmi?
- Kitab mədəniyyətdir, kitab xalqın rifahıdır. Cəmiyyətin rifahı naminə çalışan hər birlikdə özümü görürəm, konkret üzv olmasam da məqsədlər eyni olduğuna görə dəstəyimi əsirgəmirəm. Bu mənada özümü Kitabıstan vətəndaşı sayıram.

Kamran Yunisov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti