Bakıda 3 marşrut xəttinin fəaliyyəti dayandırılıb

9-06-2016, 10:45
Oxunub: 410
Tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xəttdən çıxarılıb.


Aparılan otimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq Bakı Nəliyyat Agentliyində şəhər nəqliyyatında müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib.

Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, görüş əsnasında qanunvericilikdən irəli gələn və BNA tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla bağlı tədbir görüləcəyi sahibkarların diqqətinə çatdırılıb.

N.Allahyarova Təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə 09.06.2016-cı il tarixindən etibarən 16, 18 və 96 saylı marşrut xətləri sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xəttdən çıxarılıb.

N.Allahyarova əlavə edib ki, tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək: "Əlavə olaraq qeyd edək ki, daşıyıcı şirkət standartlara və tələblərə cavab verən müasir avtobuslar təklif edərsə alternativ yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri dəyərləndiriləcək".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti