Naxçıvanın sabiq MTN nazirinin məhkəməsi keçirilib

8-06-2016, 13:13
Oxunub: 1155
Məhkəmə prosesinə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev sədrlik edib.


Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb.

Bu barədə virtualaz.org saytına sabiq nazirin vəkili Vüqar Xasayev məlumat verib. Vəkilin sözlərinə görə, müdafiə tərəfinin qaldırdığı vəsatətlər təmin olunmayıb. Məhkəmə baxışı iyunun 13-nə təyin olunub.

Məhkəmə prosesinə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev sədrlik edib.

Qeyd edək ki, V.Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunur.

V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti