Ramin Hacılı: "Bizə yaxşı bir kral lazımdır" - Müsahibə/Video

31-05-2016, 10:08
Oxunub: 9226
"Uduzarsan, xalq sənə üsyan edər"


Facebook sosial şəbəkəsindəki "Kitabıstan" səhifəsi gənclərin kitaba olan marağının artırılması və kitabların təbliğatı ilə məşğuldur.

Etatist.com Kitabıstan səhifəsi ilə birgə hazırladığı layihə ilə yazarlar, ictimai fəallardan müsahibə alaraq səhifədə yayımlayır, gəncləri yazarların kitablar haqqındakı fikirləri ilə tanış edir. Burdakı digər məqsəd isə yazarları və ictimai fəalları kitab təbliğatına cəlb etmək və gəncləri onlarla tanış etməkdir.

Bu dəfəki müsahibimiz rejissor, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılıdır. 

Etatist.com R.Hacılının müsahibəsində oxucular üçün maraqlı gələcək bəzi hissələri ixtisarla təqdim edir:

-         Hər insanın həyatında kitaba qarşı maraq elə bir dövrdə başlayır ki, həmin dövrdə onun həyatında önəmli bir hadisə baş verir. Sizdə bu necə olub? Nədən başlayıb kitablara maraq?

-         Mənim ilk ciddi həvəsim, marağım universitet illərində oldu. Məsələn, müəllimimi sevirəmsə o dərsi oxuyardım. Amma universitetdə oxuyanda artıq çoxsahəli maraqlanmağa başladım. Desəm ki, orta məktəbdə əlaçı olmuşam, yox. Marağım, həvəsim olanları oxumuşam.

-         Həyatınızda elə bir əsər var ki, səni dəyişib, sən də ətrafını dəyişmisən.

-         Əsər yox, şəxsiyyətlər var. Məsələn, Atatürkün həyatını oxuyanda təsirlənmişəm, Elçibəy məni təsirləndirib, dəyişib, Ağalar Məmmədov dəyişib. Canlı ünsiyyət daha çox təsir göstərib, nəinki hansısa əsərlər.

Komplo, məsələn, Qədim Yunan fəlsəfəsi, rus əsəbiyyatı tematikası. Bunlardan ümumilikdə təsirlənmişəm.

Rus ədəbiyyatında belə bir tematika var: Bir zadəganın evinə aydın biri gəlir, təəccüblənir ki, bu qədər insanı necə istismar edə bilirsən. Zadəgan ona təklif edir ki, get gör insanlar nə düşünürlər. İnsanlara deyəndə ki, özünüz, ailəniz istismar olunursunuz siz. İnsanlar əlinə yaba götürür, ona hücum edir ki, “sən bizi çörəyimizdən edirsən”. 16 saat işləyən, istismar olunan, bütün ailəsi ilə məhrumiyyətlərə məruz qalan insan düşünür ki, alternativ yoxdur. Ağası olmasa, o ac qalacaq... Bu təfəkkür bu günə qədər davam edir. Bizdə də bu var. Amma Qərb insanı belə düşünmür, pis bildiyini inkar eləyir. Daim yaxşının axtarışındadır. 

- Həqiqətən nə düşündüyünü bilmədən sökmək lazmdır?
- Elə etaplar olur ki, o daha radikal anarxistcə deyilmiş bir fikirdir. Amma elə dönəmlər olur ki, xalqı cahillikdən çıxarmaq üçün onları silkələmək lazımdır.

İsveçrə İkinci Dünya Müharibəsindən sonra bir ətalət içində, xof içində olan bir cəmiyyət idi. İnsanlara bir çağırış eləyəndə qorxub hər şeyə “yox” deyirdilər. İsveçrənin baş naziri “biz bu xalqla heç nə yarada bilməyəcəyik” deyir. Başlayır xalqı qıcıqlandırmağa. Bir gün cəsarətlənən xalq onun istefasını tələb etdi. Yanındakılar deyir ki, bunu istəyirdin? Cavab verir ki, hə.

İndi cəsarətli xalqa nə vermək lazımdır. Cəsarətlənmiş xalqın qarşısında duracaqsansa o dağıdacaq. Durmayacaqsansa o yaradacaq. Bu xalqı idarə edən həmin liderin, hökmdarın, ağanın, rəhbərin öz xalqına olan sevgisinə bağlıdır. Əgər sevirsə xalqını cəsarətləndirməli və ona meydan açmalıdır ki, yaratsın.

1861-ci il təhkimçilik hüququnun qaldırılması ilə bağlı II Aleksandr sərəncam verəndə ona deyirdilər ki, sənə baş qaldıracaqlar. Amma o bir şey deyirdi: “Biz qorxu içində deyilik? Hər gün qorxu içində yatırıq ki, xalq bizi nə vaxt öldürəcək. Onlar da qorxu içindədir ki, biz onları nə vaxt öldürəcəyik. Bu yaşayış deyil, bunu dəyişmək lazımdır”. Sovetlər qurulmasaydı Çar Rusiyası dünyanın ən inkişaf eləmiş ölkələrindən olardı. Təhkimçilik hüququnun qaldırılması dinamik bir inkişafa gətirib çıxardı. Azərbaycanda, Gürcüstanda belə inkişaf başladı. Sonradan inqilablarla müşahidə olundu. Ondan sonra ilk üsyan 1905-ci ildə oldu. Çünki, 1904-cü ildə Rusiya Yaponiyaya uduzdu. Uduzmazdı. Sən uduzarsan xalq sənə üsyan edər. Sən uduzarsan hakimiyyət kimi xarizma itirərsən, toxunulan olarsan, ilk toxunmaq istəyən də xalq olar.

- Mirzə Fətəli Axundov, Mirzə Cəlil, Sabir – onlar cahil insanların qurbanlarına çevrilirdilər. Xalqı silkələmək üçün edilən acı tənqid onların fəlakəti ilə bitdi. “Molla Nəsrəddin” aktuallığını artıq 100 ildir qoruyur.
- 1861-ci ildə təhkimçilik hüququ qaldırır və azadlıq nəticəsində bir fikir ortaya çıxmaq başlayır. Bu fikir xalqı ətalətdən çıxarmaq üçün aydınların hərəkatıdır. Çar Rusiyası məkanında rast gələ bilməzsiniz ki, hansısa ziyalı sevilən olsun. Çar tərəfindən sevilib, ziyalılar, nəinki xalq tərəfindən. 1901-ci ilə qədər. Bu fikir öz nəticəsini gələcək nəslə verir. İnsanlar yaşadıqlarına qarşı çıxan bir canlı görəndə ona etiraz edirlər. Üstündən 40 il keçdi, artıq həmin o fikir hərəkətdə idi.

Kütlə hər zaman yeni doğmuş fikrə qarşıdır. Yenilik sevməz, istəməz. O, yenilik deyəni məhv etməyə hazırdır.

Kütlə idarə olunmağa – özündən güclünün onu idarə etməsinə daha maraqlıdır, nəinki idarə etməyə.

- Bizim insanımızı başa düşməkdən ötrü hansı ədəbiyyat lazımdır?
- O bəlkə də kainatdan kənarda cavabı olan bir şeydir. Çünki həm 200 illik rus təsiri var, həm milliyətçilik - "biz türkük" (daban-dabana zidd). Həm biz müsəlmanıq, həm dünyəviyik, "rumka"nı götürüb “Allah qoysa gələn il Qarabağda...” deyə sağlıq deyir. Çox qarışıq bir psixoloji durumdur. Bu gün üçün yaxşı bir kral lazımdır. Məsələn, Platonda olan bir kral. Xalqdan istifadə eləməyən, fəlsəfi fikirləri olan bir kral olmalıdır. O, çox ciddi dəyişiklik edə bilər. Çünki xalq özü-özünü dəyişə bilməyəcək. Bizim xalq ona hazır deyil.

- Bir siyasətçiyə fəlsəfə daha çox önəmlidir yoxsa ədəbiyyat?
- Fəlsəfə hamısını əhatə edir. Fəlsəfəni bilməyən siyasətçi ola bilməz. Amma fəlsəfəni bilən də əziyyət çəkir. Mənim ən çox əsəbləşdiyim kiməsə nəyisə izah edə bilməmək olur. Yolu izah edə bilməyəndə belə dalaşıram. Sonra düşünürəm ki, mən bu adamı tanımıram, ilk dəfə mənə zəng vurub, mən ona ofisin yerini izah edirəm, onunla niyə dalaşıram? Özümdən asılı deyil, onu zəki görmək istəyirəm. O mənim xalqımdır, bir parçamdır.
Fəlsəfəni bilməyən adam siyasətçi ola bilməz.

Müsahibənin tam variantına videoda baxa bilərsiniz:
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti