Siyəzəndə yanğın

18-03-2013, 10:39
Oxunub: 1431


Ötən gün Siyəzən rayonun Su qəsəbəsində yanğın baş verib.

Etatist.com-un APA-ya istinadən verdiyi məlumata görə, sexdə baş verən yanğının söndürülməsinə Siyəzən Dövlət Yanğından Mühafizə Hissəsinin 2 və Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Yanğın zamanı sexdə olan 10 000 cücədən 4000 yanıb.
 
Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti