Türkiyənin yeni baş naziri İlham Əliyevə məktub yazdı

26-05-2016, 14:22
Oxunub: 536
"Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, göz qamaşdıran uğurlarınızı təqdir edir və qürurla izləyirik."


Türkiyə Respublikasının yeni baş naziri Binəli Yıldırım Azərbaycan prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Cənab Prezident, əziz qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İqtisadiyyat və müdafiə sahələri başda olmaqla 25 illik qısa müddətdə Azərbaycan etdiyi güclü sıçrayışla təqdirəlayiq səviyyəyə çatıb. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, göz qamaşdıran uğurlarınızı təqdir edir və qürurla izləyirik.

Tarixi və qardaşlıq münasibətlərimizə əsaslanaraq strateji müttəfiqlik səviyyəsinə çatan əlaqələrimizin qarşılıqlı səfərlər və görüşlərlə daha yüksək səviyyəyə qalxdığını, sıx əməkdaşlığımızın regional rifaha və sabitliyə də müsbət təsir etdiyini məmnunluqla müşahidə edirik.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə bir daha cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Xatırladaq ki, ondan əvvəl Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan da İlham Əliyevi təbrik edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti