İlham Əliyev Binali Yıldırıma telefonla zəng edib

24-05-2016, 18:43
Oxunub: 475
Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Binəli Yıldırıma telefonla zəng edib.

Prezidentin Mətbuat Xidməti xəbər verir ki, dövlət başçısı Binəli Yıldırımı hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti