Putin: Rusiya terrorla mübarizədə beynəlxalq əməkdaşlığa hazırdır

24-05-2016, 14:12
Oxunub: 352
"Kreml terrorizmlə mübarizədə bütün istiqamətlər üzrə - həm ikitərəfli, həm çoxtərəfli formatlarda əməkdaşlığa hazırdır"


Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva terrorla mübarizə yolunda ən sıx beynəlxalq qarşılıqlı əməkdaşlığa hazırdır.

TASS xəbər verir ki, bu barədə V.Putinin Groznı şəhərində keçirilən Təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 7-ci beynəlxalq görüş üçün açıqlamasında deyilir.

Rusiya dövlət başçısı bəyan edib ki, Kreml terrorizmlə mübarizədə bütün istiqamətlər üzrə - həm ikitərəfli, həm çoxtərəfli formatlarda əməkdaşlığa hazırdır.

V.Putin deyib ki, görüşdə 75 ölkənin və BMT-nin nümayəndə heyətinin iştirakı sübüt edir ki, beynəlxalq içtimaiyyət partnyorluğun möhkəmlənməsi və global təhdidlərə müqavimət yolunda mübarızədə ciddi yanaşma nümayiş etdirir.

Virtualaz.org xatırladır ki, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti