Azərbaycanda bəzi universitetlərə yeni status veriləcək

24-05-2016, 12:32
Oxunub: 354
"Tədqiqat metodları" adlı fənn tədris planına daxil edilib.


Magistrant və doktorant səviyyəsində elmi araşdırmalara dərindən yiyələnmək məqsədi ilə "Tədqiqat metodları" adlı fənn tədris planına daxil edilib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, 2016/2017-ci tədris ilindən 150-dən çox ixtisaslaşma üzrə təhsil alan magistrant və doktorant müasir tədqiqat metodlarını öyrənmək imkanı əldə edəcək. Onun sözlərinə görə, hazırda həmin fənni tədris edəcək müəllimlər üçün ADA Universitetində təlimlər keçirilir. Yaxın gələcəkdə aparıcı ali təhsil müəssisələrinə tədqiqat universitetləri statusunun verilməsi nəzərdə tutulur. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti