Bu gecə Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq

23-05-2016, 19:23
Oxunub: 314
Bu yolda məhdudlaşdırma hər iki istiqamət üzrə yol tam bağlanmadan tətbiq ediləcək.


Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı şəhərinin Ziya Bünyadov propektinin “Böyük Şor” yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində ("Çermet" körpüsünədək) hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Etatist.com "Azəravtoyol" ASC-nin məlumatına istinadən xəbər verir ki, bu yolda məhdudlaşdırma hər iki istiqamət üzrə yol tam bağlanmadan tətbiq ediləcək.

"Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi, yol göstərici xətlərinvə piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir", - deyə şirkətdən bildirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti