Öldürülən əsgər dəfn edilib- Şok iddialar

17-03-2013, 11:55
Oxunub: 2809


Azərbaycan Dövlət Sərhəd Xidmətinin Yevlaxda yerləşən N saylı hərbi hissəsində öldürülən əsgər Miriyev Elvin Fikrət oğlu dəfn edilib. Etatist.com-un xəbərinə görə, bu barədə məlumatı Musavat.com-a onun bibisi oğlu, sabiq vicdan məhbusu Ülvi Quliyev verib.

Ülvi Quliyev bildirib ki, əsgər başından kətillə (taburetka) vurularaq öldürülüb. Buna baxmayaraq, Yevlaxda keçirilən ilkin ekspertiza zamanı zəhərlənmə diaqnozu qoyulub. Lakin mərhumun bədənində, xüsusilə, başında olan xəsarətləri görən ailə üzvləri bu versiyanı absurd hesab edirlər. Onlar təkrar ekspertiza barədə tələb irəli sürsələr də, bu tələbləri yerinə yetirilməyib. "Əgər dayım oğlu zəhərlənibsə, onda hərbi hissədəki 300 əsgər də zəhərlənməliydi. Onların hamısı eyni qidanı qəbul ediblər. Niyə təkcə Elvin Miriyev zəhərlənib?", - Ülvi Quliyev bildirib.

Ülvi Quliyev məlumat verib ki, yas mərasiminə Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun polis rəisi və müavinləri, əsgərin öldürüldüyü hərbi hissənin zabitləri, eləcə də, Dövlət Sərhəd Xidmətinin Göytəpədəki hərbi hissəsinin komandiri gedib.
Şərhlər : 1 Şərh yaz
Molla Nesreddin 17 mart 2013 18:48  
cox qeribedir Prezident seckilerine bir nece aylar qala esger olumlerinin sayi gun-be gun artir .NIYE ?
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti