Daha bir müəmmalı əsgər ölümü

16-03-2013, 20:42
Oxunub: 2744


2012-ci il oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə çağrılmış əsgər Lütvüzadə(hələlik adını dəqiqləşdirə bilməmişik - red) bu gün - martın 16-da naməlum səbəblərdən dünyasını dəyişib.

Etatist.com-un məlumatına görə, bu barədə Teleqraf.az-a Yevlax rayon xəstəxanasındakı mənbə bildirib. Məlumata görə, əsgər bu gün Sərhəd Qoşunlarının Yevlaxdakı N saylı hərbi hissəsindən rayon xəstəxanasına gətirilib. Lakin o, elə yoldaca dünyasını dəyişib. Mənbə bildirib ki, əsgərin ölüm səbəbi hələlik məlum deyil. Onun üzərində zorakılıq əlamətlərinin olub olmadığını da hələlik müəyyənləşdirmək mümkün olmayıb.

Əlavə məlumatları diqqətinizə çatdıracağıq.
 
Etatist.com-a daxil olan məlumata görə vəfat edən Yevlax rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Elvin Lütvüzadədir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti