Misir "EgyptAir" təyyarəsinə terror hücumu edilməsini nəzərdən keçirir

19-05-2016, 17:16
Oxunub: 429
O, təyyarənin bütün zəruri yoxlamalardan keçdiyini də bildirib.


Misir Mülki Aviasiya Nazirliyi "EgyptAir" aviaşirkətinə məxsus "A320" təyyarəsinin radarlardan itməsi hadisəsində terror aktının törədilməsi versiyasını nəzərdən keçirir.

Bu barədə Misirin mülki aviasiya naziri Şərif Fəthi mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, təyyarənin terror hücumu nəticəsində vurulması ehtimalı hansısa texniki qüsurun olmasından daha çoxdur.

O, təyyarənin bütün zəruri yoxlamalardan keçdiyini də bildirib.

Qeyd edək ki, təyyarə gecə saatlarında Aralıq dənizi üzərindən uçarkən radarlardan itib. Təyyarənin göyərtəsində 56 sərnişin və 10 ekipaj üzvü olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti