Fransada narazı kütlə polis maşınına od vurdu

19-05-2016, 13:19
Oxunub: 285
Aksiya zamanı Parisdə polis avtomobili yandırılıb.


Fransada əmək qanunvericiliyinə əlavələrə və dəyişikliklərə qarşı kütləvi etiraz aksiyaları davam edir. Dünən Parisdəki aksiyalara 220 min fransalı qatılıb.

Aksiya zamanı Parisdə polis avtomobili yandırılıb. Daha sonra polis daşa basılıb.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı və işıq-səs qumbaralarından istifadə edib.

Bununla yanaşı, Parisdəki Respublika meydanında polislər də aksiya keçirərək cəmiyyətin diqqətini yaranmış situasiyaya cəlb etməyə çalışıblar.

Xatırladaq ki, Fransada iqtidarda olan Sosialist Partiyası bu ilin əvvəlində əmək qanunvericiliyini liberallaşdırmağı, bu minvalla ölkədə yeni iş yerlərinin yaranmasına təkan verməyi təklif edib. Təkliflərin qayəsi iş yeri sahiblərinə əməkdaşları indiki durumdan fərqli olaraq daha asanlıqla işdən çıxarmağa imkan verir.

Bu təkliflər bütün ölkədə genişmiqyaslı etirazlara səbəb olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti