"EgyptAir": İtən təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb

19-05-2016, 10:49
Oxunub: 480
Əlcəzair və Kanadanın hər birinin 1 vətəndaşı olub


Aralıq dənizi üzərində radarlardan itən "EgyptAir" şirkətinə məxsus təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb.

Bu barədə "EgyptAir" şirkətindən məlumat verilib.

Məlumata görə, təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin 1 vətəndaşı olub.

Xatırladaq ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi MS804 reysi üzrə Parisdən Qahirəyə uçuş həyəta keçirən zaman radar ekranlarından itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti