Paris-Qahirə sərnişin təyyarəsi Aralıq dənizinə düşüb - YENİLƏNİB

19-05-2016, 10:44
Oxunub: 497
Təyyarənin qəzaya uğraması xəbəri hələlik təsdiqini tapmayıb.


«EgyptAir» aviaşirkətinin vitse-prezidenti Əhməd Abdel bildirib ki, təyyarədən qəza siqnalı daxil olmayıb.

Digər məlumata əsasən, təyyarə radarlardan 11 kilometr hündürlükdə olarkən itib.

Təyyarənin qəzaya uğraması xəbəri hələlik təsdiqini tapmayıb.

*   *   *

Misir kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, təyyarə Misirin sahil xəttindən 80 kilometr aralıda Aralıq dənizinə düşüb.

Hadiisənin baş vermə səbəbləri barədə heç nə deyilmir.

Bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

*   *   *

Dəqiqləşdirilmiş məlumata görə, «Airbus A320» tipli təyyarənin göyərtəsində 59 sərnişin və 10 nəfər ekipaj üzvü olub.

Britaniyanın «The Guardian» nəşrinin yazdılğına görə, təyyarə son sutka ərzində beşinci reysini həyata keçirirmiş.

*   *   *

Bu səhər Bakı vaxtı ilə saat 05:05-də Misirin paytaxtı Qahirə şəhərinin hava limanında yerə enməli olan A-320 sərnişin təyyarəsi yoxa çıxıb.

Əgər təyyarə indiyə kimi havada qalsaydı, onun yanacağöı artıq bitməli idi.

Paris — Qahirə reysi ilə uçan, göyərtəsində 59 sərnişin və 10 ekipaj üzvünün olduğu təyyarə Misirin hava məkanına daxil olmasına 16 kilometr qalmış radarlardan itib.

Təyyarənin məxsus olduğu «EgyptAir» aviaşirkəti hava gəmçisinin axtarışı məqsədilə operativ qərargah yaradıb. (Virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti