Azərbaycanda vəzifəli şəxs intihar edib

16-03-2013, 16:33
Oxunub: 4690


Bu gün Bərdə rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Bərdə şəhər sakini 1966-cı il təvəllüdlü Məmmədov Vəliş Zili oğlu səhər saatlarında anasının məzarının üstündə odlu silahla atəş açaraq özünü öldürüb. Güllə V.Məmmədovun baş nahiyəsinə tuş gəlib.
 
Qeyd edək ki, V.Məmmədovun Bərdə rayon Baytarlıq İdarəsinin baş mühasibidir. Onun məktubunun tapıldığı bildirilir. Bir neçə gün əvvəl isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi onun işlədiyi idarədə əməliyyat keçirərək, rəis Alim Zeynalovu və müavin Səyyadı həbs edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti