Bölgələr üzrə buraxılış imtahanlarının vaxtı açıqlanıb

17-05-2016, 13:09
Oxunub: 316
Əvvəlki illərin məzunları və eksternat buraxılış imtahanı isə iyulun 5-də təşkil olunacaq.


Bu il Azərbaycanda bölgələr üzrə buraxılış imtahanlarının keçirilmə vaxtı açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə buraxılış imtahanı iyunun 16-da, Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Sumqayıt, Abşeron, Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi Liseydə iyunun 21-də, Bakıda iyunun 25-də, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Qobustan da isə iyunun 30-da keçiriləcək. Əvvəlki illərin məzunları və eksternat buraxılış imtahanı isə iyulun 5-də təşkil olunacaq.

Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti