Nəcməddin Sadıkov Brüsseldə NATO danışıqlarına qatılacaq

17-05-2016, 13:07
Oxunub: 476
Baş Qərargah rəisi mayın 18-də keçiriləcək görüşlərdə iştirak etmək üçün bu gün Belçika Krallığına səfərə gedib.


Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belçikaya səfər edib.

Bu barədə Müdafiə Nazirliyinin saytı xəbər yayıb.

Xəbərdə deyilir ki, Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində mayın 18-də keçiriləcək görüşlərdə iştirak etmək üçün bu gün Belçika Krallığına səfərə gedib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti